UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ”-“Bayer” oyununun hakimləri açıqlanıb.
Matçı fransalı Benoit Bastien idarə edəcək. Ona həmyerliləri Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Xatırladaq ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü saat 21:45-də başlayacaq. Komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq.